Xəzər Xəbər

Dayanacaq var, avtobus yox - Sakinlər kilometrlərlə yolu piyada getməli olurlar - VİDEO

Veb TV | 19:05 • 7 İyun 2019
Dayanacaq var, avtobus yox -

Paytaxtın Xəzər rayonu, Şüvəlan massivi adlanan ərazidə yaşayan sakinlər avtobusla getməli olan yolu məcbur qalıb piyada gedirlər. Səbəb isə ərazidə marşrut xəttinin işləməməsidir.

Xezerxeber.az-ın məlumatına görə, yolun hər iki tərəfində avtobus dayanacağı qurulub, ancaq nə fayda, bu dayanacaqların yaxınlığından heç bir marşrut avtobusu keçmir.

Sərnişinlər mənzil başına çatmaq üçün məcbur qalıb bir neçə kilometr yolu piyada getməli olurlar. Yaxınlıqda yaşayan sakinlər bildirir ki, bir neçə il əvvəl yol çəkilərkən əraziyə yeni avtobus dayanacaqları qoyulub. Ancaq həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq hələ də yoldan heç bir marşrut avtobusu keçmir.

Sakinlərin sözlərinə görə, həmin ərazidə kifayət qədər insan yaşıyır. Onların hamısı ictimai nəqliyyatdan isifadə etmək üçün kilometrlərlə yolu piyada gedirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan ''Xəzər Xəbər''ə bildirildi ki, əməkdaşlar əraziyə baxış keçirəcək, araşdırmaların nəticələrinə uyğun olaraq tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti