Xəzər Xəbər

Bakıda hər şey yaxşı təşkil olunmuşdu - Britaniyalı azarkeşlər Azərbaycandan razı qalıb - VİDEO

Veb TV | 19:41 • 31 May 2019
Bakıda hər şey yaxşı təşkil olunmuşdu -

Henrix Mxitaryan Bakıya gəlsəydi bura onun üçün təhlükəli olmayacaqdı.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Vestnik Kafkaza" saytına müsahibə verən ingilis futbol azarkeşləri bildiriblər.

Nəşrə müsahibə verən britaniyalı azarkeş Riçard Skeyls bildirib ki, Avropa Liqasının final oyunu ərəfəsində Bakıda yüksək təhlükəsizlik tədbirləri görülüb.

"Hər şey yaxşı təşkil olunmuşdu. Əgər siz azərbaycanlı və erməni deyilsinizsə nə baş verdiyini anlamayacaqsınız. Biz iki ölkə arasındakı münasibətlər haqqında çox az bilirik. Lakin düşünürəm ki, Mxitaryan Bakıya gəlsəydi burada onun üçun heç bir təhlükə olmayacaqdı", - deyə Riçard Skeyls qeyd edib.

Britaniyalı azarkeş "Çelsi" və "Arsenal azarkeşlərinin çox çılğın olmasına baxmayaraq heç bir qarşıdurma ilə rastlaşmadığını da qeyd edib: "Hər şey yaxşı təşkil olunmuşdu. "Çelsi" qol vuran zaman "Arsenal"ın bəzi azarkeşləri aqressiya göstərdilər. Ancaq düzünü desək, heç bir qarşıdurma görmədim. Ümumilikdə atmosfer xoşagələn idi. Biz "Çelsi" azarkeşləri ilə danışdıq. Təəssüf edirəm ki, qələbə qazana bilmədik, ancaq oyun, final, Bakı çox xoşuma gəldi, çox gözəl şəhərdir. Mən birinci dəfədir Bakıdayam. Burada hamı dostsevərdir. Bu, əla səfər idi. Təkcə qarşılaşmanın nəticəsi üzücüdür".

"Vestnik Kafkaza"ya müsahibə verən digər bir britaniyalı azarkeş Kris Skeyls isə Bakıda insanların çox mehriban və yardımsevər olduğunu bildirib.

"Şəhərdə hər hansı bir yeri axtarıb tapa bilmədikdə azərbaycanlılar bizə daim kömək etdilər", - deyə Skeyls qeyd edib. O, Olimpiya stadionunun möhtəşəm ab-havaya sahib olduğunu bildirib: "Fanatları aeroportda xoş sürprizlər gözləyirdi. Misal üçün, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları aeroportda azarkeşlərə gül və suvenirlər verirdilər. Qonaqların stadiona rahat çatması üçün "Koroğlu" metrostansiyasından arenaya xüsusi və pulsuz avtobuslar fəaliyyət göstərirdi".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti