Xəzər Xəbər

Yeni açılan zavodda ildə 150 milyon ədəd şpris istehsal ediləcək - VİDEO

Veb TV | 20:52 • 17 May 2019
Yeni açılan zavodda ildə 150 milyon ədəd şpris istehsal ediləcək -

Azərbaycanın şprisə olan tələbatı artıq yerli istehsal hesabına ödəniləcək.

Xezerxeber.az-ın məlumatına görə, Pirallahı Sənaye parkında yerləşən şpris istehsalı zavodunda il ərzində 150 milyon ədəd birdəfəlik şpris istehsal ediləcək. Bu gün əməkdaşlarımız yenicə istifadəyə verilmiş zavodda olub və istehsal prosesini izləyiblər.

Zavodda şpris əvvəlcə istehsal edilir, sonra soyudulur, ən sonda isə yığılır, çap edilir və qablaşdırılır. Beləliklə, şpris istehsalı bir neçə mərhələdən keçir.

İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur.

Zavodun təsisçisi Aytən Quliyeva bildirib ki, ilkin olaraq 50 milyon, 3 növbəli rejimə keçdikdən sonra isə 150 milyon şpris istehsal ediləcək.

Şpris istehsalı bir neçə sektorda həyata keçirilir. İlkin olaraq şprisin silindir və porşenləri bu avadanlıqlar vasitəsilə nəzərdə tutulan qəlibə uyğun olaraq ayrı-ayrılıqda hazırlanır.

Şprislər keyfiyyəti yoxlanıldıqdan sonra qablaşdırılır və satış üçün hazır vəziyyətə gətirilir. Bütün proseslər steril şəkildə həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti