Xəzər Xəbər

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır - VİDEO

Veb TV | 20:23 • 17 May 2019
Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır -

Azərbaycan Cənubi Qafqazda Birləşmiş Ştatların ən böyük ticarət tərəfdaşıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu yenidən bərpa olunan və 4-cüsü keçirilən Azərbaycan-Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq komissiyasının iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini də açıqlayıb.

Samir Şərifov iki ölkə arasında əlaqələrin genişlənməsi üçün Birləşmiş Ştatlar tərəfindən 1992-ci ildə qəbul edilən və Azərbaycana birbaşa maliyyə yardımını yasaqlayan 907 saylı düzəlişin ləğvinin yeni imkanlar aça biləcəyini vurğulayıb. Bundan əlavə, nazir Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Cənubi Qafqazda sabitliyə ciddi təhlükə törətdiyini də diqqətə çatdırıb. Samir Şərifov iki ölkə arasında indiyədək həyata keçirilən investisiya yatırımlarının həcmini də açıqlayıb.

Tədbirdə Amerika tərəfini təmsil edən Dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisinin birinci müavini Peter Haas ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında iqtisadi komissiyanın iclası 7 ildir ki, keçirilmirdi. Bu əməkdaşlığın yenidən bərpa edilməsi hər iki tərəf üçün iqtisadi əlaqələrin genişlənməsində yeni səhifə hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti