Xəzər Xəbər

Prezident hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

Gündəm | 17:06 • 20 May 2024
Prezident hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Rubrikanın digər xəbərləri

Ərdoğan gələn ay Şuşaya
Ərdoğan gələn ay Şuşaya səfər edəcək
15:25 • 12 İyun 2024
“Qafqaz Qartalı - 2024” birgə təlimi
“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb
12:55 • 12 İyun 2024
Azərbaycan və İranda taktiki
Azərbaycan və İranda taktiki təlimlər
19:36 • 11 İyun 2024
Ceyhun Bayramov Berbok ilə
Ceyhun Bayramov Berbok ilə GÖRÜŞÜB
16:25 • 11 İyun 2024
DTX Azərbaycanda casusluq edən əcnəbini
DTX Azərbaycanda casusluq edən əcnəbini YAXALADI
16:15 • 11 İyun 2024
Daxili Qoşunların Hərbi İnstitutuna rektor
Daxili Qoşunların Hərbi İnstitutuna rektor təyin edilib
15:40 • 11 İyun 2024

Xəbər lenti

Çox oxunanlar