Xəzər Xəbər

Sürücü yol polisini görüb qorxdu: qəza baş verdi - VİDEO

Veb TV | 12:53 • 18 Aprel 2019
Sürücü yol polisini görüb qorxdu:

Sosial şəbəkələrdə qəza anının videosu paylaşılıb.

XəzərXəbər avtosfer.az-a istinadla xəbər verir ki, sürücü Bəşir Bünyadov küçəsində üzü Koroğlu m/st hərəkət edərkən (sürət 40-49km/saat), dairəyə yaxınlaşanda sürətini qismən azaldır. Qarşısında isə 90 UG 574 dövlət nömrə nişanlı, "Mecedes” markalı avtomobil hərəkət edir.

"Mercedes” dairəyə daxil olduqdan sonra 99-YP-395 dövlət nömrə nişanlı patrul avtomobilin sürücüsü olan inspektor qaydanı pozaraq dairəyə daxil olur.

Bu zaman "Mercedes”in sürücü qorxaraq əyləci basır. Nəticədə qəza baş verir. Qeyd edək ki, YPX avtomobilinin sayrışan işıqları yanmırdı. Görüntüləri təqdim edirik:



Xəbər lenti