Xəzər Xəbər

Güclü zəlzələ Tayvanı silkələdi Əhali təxliyə edilir - VİDEO

Veb TV | 12:47 • 18 Aprel 2019
Güclü zəlzələ Tayvanı silkələdi

Tayvanda güclü yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin şiddəti 6,1 bal gücündə olub.

Yeraltı təkanlar ən şiddətli Ficuan və Secianq əyalətlərində hiss olunub. Paytaxt Taypey şəhərində göydələnlərin silkələnməsi qorxu yaradıb. Hökumət metro və dəmiryolunun bağlanmasına dair göstəriş verib.

Hadisə nəticəsində yaralıların olduğu da bildirilir. Taroko parkında yerə düşən iri daşlar iki turisti yaralayıb. Buna görə əhali təhlükə mənbəyi olan yerlərdən təxliyə edilir./publika.az


Xəbər lenti

Çox oxunanlar