Xəzər Xəbər

Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb - VİDEO

Veb TV | 19:41 • 21 Fevral 2019
Vəlvələçayda itmiş ekskavatorçunun meyiti tapılıb -

Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavatorun çaya aşması nəticəsində itkin düşən sürücü Vüqar Qasımovun cəsədi tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, mərhumun cəsədini aidiyyəti üzrə təhvil verib.

Ekskavatorçunun meyitini su hövzəsini nasoslar vasitəsilə qismən boşaltdıqdan sonra tapmaq mümkün olub.

Xatırladaq ki, ekskavator sürücüsü, Şabran rayon sakini Vüqar Qasımov fevralın 7-si səhər saatlarında baş verən bədbəxt hadisə nəticəsində suya düşmüşdü. O, ailəli idi, üç övladı var.

Xəbər lenti