Xəzər Xəbər

“Azərişıq” Xəzər rayonunun elektrik şəbəkəsini yeniləyir - VİDEO

Veb TV | 19:37 • 21 Fevral 2019
“Azərişıq” Xəzər rayonunun elektrik şəbəkəsini yeniləyir -

Fevralın 21-də "Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün daha bir yük karvanını yola salıb.


Xezerxeber.az xəbər verir ki, minlərlə dayaqlardan, yeni komplekt tranformator məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü "Azərişığ”ın mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Bakının Xəzər rayonunun qəsəbələrinə istiqamət alıb. Bu maşın karvanının apardığı avadanlıqlar, materiallarla rayonun Binə qəsəbəsinin yeni salınan məhəllələrinin və bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.


"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, maşın karvanının apardığı yükə 10 ədəd KTM, bir neçə min kilometr elektrik verilişi xətləri, 7 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və sair daxildir.


"Hazırda rayon üzrə abonentlərin sayı 80 mindən yuxarıdır, onların 30 mindən çoxu təkcə Binə qəsəbəsinin payına düşür. Bu avadanlıqlar, materiallar hesabına Xəzər rayonunun elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılacaq, aparılan yenidənqurma işləri yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə səbəb olacaq”, - deyə T.Mustafayev əlavə edib.





Xəbər lenti