Xəzər Xəbər

Ermənilər Azərbaycan torpağında narkotik yetişdirirlər VİDEO

Veb TV | 19:44 • 19 Noyabr 2018
Ermənilər Azərbaycan torpağında narkotik yetişdirirlər

İşğal altındakı Azərbaycan ərazilərində ermənilər narkotik maddələrin yetişdirilməsi ilə məşğul olurlar.Ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə narkobiznesin və terrorizmin genişlənməsini daha da artırır. BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasında çıxış edən baş nazirin müavini Əli Həsənov belə deyib.

Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik hissəsinin nəzarətsiz zonaya çevrildiyni deyən Əli Həsənov bildirib ki, həmin ərazidən Avropaya narkotik vasitələr daşınır. Onun sözlərinə görə, Azərbaycan tərəfi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün ciddi addımlar atır.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə qaçaqmalçılıqla mübarizə sahəsində ciddi tədbirlərin həyata keçirildiyini və nəticədə böyük nailiyyətlər əldə olunduğunu bildirib.

Qeyd edək ki, BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Sessiya noyabrın 23-dək davam edəcək.

Xəbər lenti