Xəzər Xəbər

Superliqada turun mərkəzi görüşü başladığı kimi bitdi VİDEO

Veb TV | 16:13 • 8 Oktyabr 2018
Superliqada turun mərkəzi görüşü başladığı kimi bitdi

Türkiyə Superliqasının 8-ci turunun mərkəzi görüşündə turnir cədvəlində son sıralarda qərarlaşan "Fənərbağça” öz meydanında üçüncü pillədəki "Başakşəhər”lə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən matçda hesab açılmayıb. Beləliklə, son 3 oyunda qələbə qazana bilməyən "Fənərbağça” ev oyununda vacib xallar itirib.

Qonaq komanda isə xallarının sayını 15-ə çatdırıb və eyni xala malik "Kasımpaşa”nı top fərqinə görə qabaqlayaraq ikinci sıraya yüksəlib.

Bu gün keçirilən digər oyunlardan "Yeni Malatyaspor” - "Sivasspor” görüşü 4:4 hesabı ilə heç-heçə başa çatıb. Trabzonspor” isə səfərdə "Akhisarspor”u 3:1 hesabı ilə məğlub edib.

Hazırda "Qalatasaray” 18 xalla çempionatın vahid lideridir.

Tura "Konyaspor”-"Beşiktaş” matçı ilə yekun vurulacaq.

Xəbər lenti

Çox oxunanlar