Xəzər Xəbər

Bakıda manyak yaxalandı - VİDEO

Veb TV | 20:33 • 21 Sentyabr 2018
Bakıda manyak yaxalandı -

Bakıda manyak peyda olub.

Xezerxeber.az-ın məlumatına görə, bir nəfər qısa ətək geyinən qızları görən kimi onlara hücum edib.

Hadisə Bakıda Xətai rayonunda baş verib. Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rauf Süleymanovu saxlayıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs əsasən səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib.

Onun Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın azyaşlı qız və qadına qarşı bu cür hərəkətlər etdiyi bildirilir.

Faktla bağlı Rauf Süleymanov barəsində Xətai Rayon Polis İdarəsində əxlaqsız hərəkətlər, eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Rauf Süleymanovun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti