Xəzər Xəbər

Bakı metrosunda sosial layihəyə başlanılır - Əlillərin hərəkəti asanlaşacaq - VİDEO

Veb TV | 20:33 • 21 Sentyabr 2018
Bakı metrosunda sosial layihəyə başlanılır -

Əlil arabasında hərəkət edənlər də Bakı metrosundan rahatlıqla istifadə edə biləcək.

Xezerxeber.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC sağlamlıq imkanları məhdud, xüsusən əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi üçün yeni layihəyə başlayır.

Stansiyalarda hər hansı konstruktiv dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, yeni stansiyalarda bunun üçün lazımi şərait yaradılıb. Digər stansiyalarda da beynəlxalq təcrübədən istifadə edilərək müvafiq işlərə başlanılacaq.

Hazırda isə layihənin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti