Xəzər Xəbər

Bakıda güclü yanğın baş verib - VİDEO

Veb TV | 20:36 • 21 Sentyabr 2018
Bakıda güclü yanğın baş verib -

Bu gün günorta vaxtı kafedə başlayan güclü yanğın ətrafdakıları təşvişə salıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki kafelərdən birində baş verib. İkinci mərtəbədə yerləşən kafenin mətbəx hissəsində qəfil yanğın baş verib. Hadisəni görən kafenin əməkdaşları yanğınsöndürənlərə məlumat veriblər.

Yanğın güclü olduğundan hadisə yerinə əlavə olaraq bir neçə yanğınsöndürən avtomobili cəlb edilib. Obyektin birinci mərtəbəsində avtomobil təmiri sexi fəaliyyət göstərib. Orda yağ və benzin olduğu üçün iki yanğınsöndürən avtomobil təhlükəsizliyi təmin etmək üçün həmin əraziyə su vurublar.

Təxminən 40 dəqiqə çəkən yanğın çətin də olsa söndürülüb. Qeyd edək ki, hadisə yerinə Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədov da gəlib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ikimərtəbəli tikilidə yanğın 450 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı yanğınsöndürənlər və obyekt işçiləri arasında xəsarət alan olmayıb.

Obyekti icarəyə işlədən şəxs hadisənin elektrik naqillərindəki qısaqapanmadan baş verdiyini iddia edib. Hər halda hadisənin dəqiq səbəbi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırmanın sonunda məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti