Xəzər Xəbər

Adlarını dəyişərək dələduzluq edən şəxslər tutulub - VİDEO

Veb TV | 20:09 • 19 Sentyabr 2018
Adlarını dəyişərək dələduzluq edən şəxslər tutulub -

Adlarını dəyişərək dələduzluq edən şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini Çərkəz Həsənov Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2 min 400 dollar pulun mənimsənildiyini deyib.

Polis əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiya Federasiyasına geyim əşyaları göndərməkdə ona köməklik göstərəcəkləri adı altında aldadaraq metronun Nərimanov stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub.

Taleh Həşimov və Röyal Həsənov ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər.

Qeyd edək ki, Taleh Həşimov özünü zərərçəkənlərə Nizami, Röyal Həsənov isə Fərid kimi təqdim ediblər ki, zərərçəkmişlər polisə şikayət edərkən onların saxlanılması mümkün olmasın.

Faktlarla bağlı 18-ci polis şöbəsində toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Polis bu şəxslərin başqa cinayətlərinin də olmasını istisina etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti