Xəzər Xəbər

Venesuela prezidenti həmkarından şübhələnir - SUİ-QƏSD - FOTO+VİDEO

Veb TV | 11:33 • 5 Avqust 2018
Venesuela prezidenti həmkarından şübhələnir -

Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi edilib.


"Qafqazinfo”nun "Tass” agentliyinə istinadən verdiyi məlumata görə, Maduro Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polisin çevikliyi nəticəsində PUA vaxtında zərərsizləşdirilib.


Hadisə nəticəsində ölkə prezidenti və digər yüksək vəzifəli şəxslər xəsarət almayıblar.


Qeyd olunur ki, mərasimin bir neçə iştirakçısı yaralanıb.


N. Maduro onun həyatına sui-qəsd cəhdində kolumbiyalı həmkarı Xuan Manuel Santosu təqsirləndirilib. Bu barədə o, xalqa müraciətində bildirib.


Venesula prezidenti həmçinin qeyd edib ki, insidentdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.


Xəbər lenti