Xəzər Xəbər

Ağacları məhv etmək istəyən şəxs yaxalanıb - Nazirlik yaşıllıq sahəsini himayəyə götürüb - VİDEO

Veb TV | 20:11 • 24 İyul 2018
Ağacları məhv etmək istəyən şəxs yaxalanıb -

Bakının Yasamal rayonunda ağacları məhv etməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində cinayyət işi başlanılıb. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazirda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şərifzadə küçəsi 130 A ünvanında qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsini himayəyə götürüb.

Nazirlik bir daha ağaclara qənim kəsilən işbazlara sərt xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, ağaclara qarşı bu cür münasibət göstərən şəxslərə birmənalı olaraq güzəşt edilməyəcək.

Xatırladaq ki, yaşıllıq ərazidə 21 ağacın dibinə dünən mənşəyi məlum olmayan maddə tökülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar