Xəzər Xəbər

Evlərdən silsilə oğurluq edən şəxs tutuldu VİDEO

Veb TV | 20:51 • 21 İyun 2018
Evlərdən silsilə oğurluq edən şəxs tutuldu

Bakıda silsilə oğurluqlar edən şəxs ifşa edilib. Əsasən qonşularının evinə girən həmin şəxs oğurladıqlarını isə dəyərindən ucuz qiymətə sataraq narkotik maddəyə olan təlabatını ödəyib.

İki ay müddətində ancaq qonşularının evini qarət edib.

Paytaxtın Xəzər rayon 2-ci polis şöbəsinə bu ilin may, iyun ayları ərzində Buzovna qəsəbəsi Alabalıq yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən oğurluqlar edilməsi ilə bağlı müraciətlər daxil olub.Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində sözü gedən qəsəbə sakini 27 yaşlı NamiqSalayev həmin oğurluğu törətməkdə şübhəli bilinərək saxlanılıb. O, ilkin ifadəsinə əməlini etiraf edib..

Namiq Salayev əsasən tanıdığı şəxslərin evlərindən oğurluq etdiyini deyir. O, 3 aydır ki, narkotikə qurşandığını bildirib

Namiq Salayevbarəsində Xəzər rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Onun başqa cinayətlərinin çox olması da istisina edilmir.

Xəbər lenti

Çox oxunanlar