Xəzər Xəbər

Qida Agentliyi iyulun 1-dən bu məhsulların idxalına nəzarət edəcək VİDEO

Veb TV | 20:53 • 21 İyun 2018
Qida Agentliyi iyulun 1-dən bu məhsulların idxalına nəzarət edəcək

Son günlər pambıq tarlalarında dərmandan zəhərlənmə faktlarının artması aidiyyəti qurumları hərəkətə keçirib. Xüsusilə də belə dərmanların idxalı prosesinə nəzarət gücləndiriləcək. Qida Təhlükəsizliyi Agentliyi iyul ayının 1-dən etibarən aqrokimyəvi maddələrin ölkəyə gətirilməsinə nəzarəti daha da artacaq. Belə maddələrə qarşı tələb kimi yüksək standartlar tətbiq ediləcək.

Azərbaycana gətirilən aqrokimyəvi maddələrə, o cümlədən pestisidlərə ciddi nəzarət olunacaq. İyul ayının 1-dən etibarən bu sahəyə nəzarəti Qida Təhlükəsziliyi Agentliyi həyata keçirəcək.. Yəni bundan sonra aqrokimyəvi maddələr də qida zəncirinin bir hissəsi kimi qəbul olunacaq.

İnsanların qida təhlükəsizliyini təmin etmək üçün ölkəyə gətirilən pestisidlər diqqətlə yoxlanıldıqdan sonra ölkəyə buraxılacaq.

Agentliyin şöbə müdiri Nübar Hüseynli bildirir ki, bu cür maddələrin ölkəyə gətirilməsi zamanı ən yüksək və beynəlxalq standartlar əsas tələb kimi qoyulacaq. Bununla da ölkəyə daxil olan keyfiyyətsiz və ya zərərli tərkibi olan aqrokimyəvi maddələrin Azərbaycana daxil olmasının qarşısını alınacaq.

Xəbər lenti