PETA heyvan hüquqları uğrunda mübarizə cəmiyyəti tərəfindən Vyetnamda timsahların dərilərinin diri-diri soyulması kadrları yayılıb.
XəzərXəbərxəbər verir ki, videoda heyvanları stolun üzərinə qoyduqlarını, daha sonra dəmir armaturla onurğa beynini "dağıtdıqları"nı görmək mümkündür. Bəzi timsahlar hətta dəriləri soyulduqdan sonra belə hərəkət edir.
Fabrik fəhlələrindən biri prosesi şərh edib: "Dəriləri soyularkən sağ
qala bilərlər. Amma 4-5 saat sonra ölürlər". Bioloq Klifford Varvikin
sözlərinə əsasən, bu zaman heyvanın dərhal öldüyünə heç bir zəmanət
yoxdur. Çox güman ki, ölüm əzablı olur.
Heyvanların dəriləri soyulduqdan və emal edildikdən sonra çanta, pul qabı və kəmərlər hazırlanacaq./milli.az/