Xəzər Xəbər

Ağsuda sürücülərə qarşı reyd keçirildi VİDEO

Veb TV | 20:52 • 17 Aprel 2018
Ağsuda sürücülərə qarşı reyd keçirildi

Ağsuda sürücülərə qarşı reyd keçirilib. Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülər aşkarlanıb. Belə sürücülərə qarşı 82 inzibati protokol yazılıb.

Cəriməsini ödəməyənlər, qayda pozanlar polisdən yayına bilmədi.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ağsu rayon Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib. Şəhərin mərkəzi küçələrində, xüsusilə də piyada və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən reyd zamanı qayda pozuntularına yol vermiş sürücülərə, sənədsiz avtomobil idarə edən, həmçinin tətbiq olunan cərimələri vaxtında ödəməyən sürücülərə qarşı inzibati qaydada tədbirlər görülüb.

82 inzibati protokol yazılıb, 11 nəqliyyat vasitəsi isə müvəqqəti dayanacağa aparılıb. Onlar arasında qanuna tabe olmaq istəməyən xanım sürücülər də olub.

Reydlər davam etdiriləcək.


Xəbər lenti