Xəzər Xəbər

Biləsuvarda AĞIR QƏZA: Ölən və yaralananlar var - VİDEO

Veb TV | 20:54 • 21 Mart 2018
Biləsuvarda AĞIR QƏZA:

Daha bir günümüz avtoqəzalarsız keçmədi. Biləsuvar və İsmayıllı rayonlarında ağır yol nəqliyyat hadisələri baş verib, ölən və yaralananlar var.

Biləsuvarda bir nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Rayonun Mübariz İbrahimov küçəsindəki yol ayrıcında iki minik avtomobili toqquşub.

Qəza zamanı Biləsuvar rayon Bəydili kənd sakini, 46 yaşlı Zahid Dadaşov dünyasını dəyişib. Avtomobillərdə olan Tağı Ağazadə və Nurlan Novruzov yaralı halda Biləsuvar Mərkəzi rayon xəstəxanasına çatıdırılıblar.

İsmayıllı rayonunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə İsmayıllı şəhərində qeydə alınıb. 1972-ci il təvəllüdlü Seymur Kəbirovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxıb və körpünün kənarından Əyriçay çayına aşıb.

Avtomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Sürücü ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakıya gətirilib.

Hər iki faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər lenti