Xəzər Xəbər

VİDEO: Lilldə ingilis-fransız toqquşması baş verdi

Veb TV | 14:23 • 16 İyun 2016
VİDEO: Lilldə ingilis-fransız toqquşması baş verdi

İyunun 16-na keçən gecə Lill şəhərində ingilis azarkeşlər bu dəfə fransızlarla toqquşub.

XəzərXəbər Euronews telekanalına istinadla xəbər verir ki, Lillin fan-zonasında Albaniya yığması ilə Fransa arasında oyunu izləyən minlərlə fransız azarkeş qələbəni qeyd etmək üçün şəhərin mərkəzinə axışıb. İngilis azarkeşlərin də olduğu meydanda baş verən toqquşmanın böyüməsinin qarşısını almağa çalışan polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Nəticədə 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 36 nəfər saxlanılıb.

Lildə keçirilən Rusiya və Slovakiya oyunundan sonra isə hər iki tərəfin azarkeşləri sülhlə ayrılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Marselin “Stade Velodrome” stadionunda ingilis və rus futbol xuliqanları arasında toqquşma baş vermişdi. Bununla bağlı UEFA Rusiya yığmasını şərti olaraq diskvalifikasiya edib, ölkənin futbol ittifaqı isə 150 min avro məbləğində cərimələnib.

Xəbər lenti