Xəzər Xəbər

"Savaşçı" serialından növbəti böyük jest Bu dəfə Mübariz İbrahimovun qəhrəmanlığı anıldı - VİDEO

Veb TV | 20:46 • 22 Yanvar 2018
"Savaşçı" serialından növbəti böyük jest

Türkiyənin məşhur "Savaşçı" serialında Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib. Mübariz İbrahimovun qəhrəmanlığından ağız dolusu danışılması bu serialın Azərbaycandakı izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Türkiyənin məhşur serialında Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib.

Qəhramanlığı ilə tarix yazan Mübariz İbrahimovun qəhrəmanlıq tarixi "Savaşçı" serialının aktyorları tərəfindən dilə gətirilib.

Filmdə cəbhə bölgəsində xidmət keçən bir əsgəri canlandıran obraz hərbçi yoldaşına Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığından danışır.

Hətta o Mübariz İbrahimovu tanımadığı üçün hərbçi yoldaşını məzəmmət də edir.

Qeyd edək ki, "Savaşçı" serialı bir müddət öncə də Azərbaycan bayrağının əsgərlərin qolunda əks olunması və Dağlıq Qarabağ yazısını əllərində qaldırmaları ilə gündəmə gəlmişdi.

Bundan əvvəl isə mıllı qəhrəmanımız haqqında "Sakarya Fırat" serialında bəhs edilib.

Xəbər lenti