Xəzər Xəbər

Botoks etdirmək istəyənlərin diqqətinə: Əməliyyatlıq ola bilərsiniz! - VİDEO

Veb TV | 14:43 • 18 Yanvar 2018
Botoks etdirmək istəyənlərin diqqətinə:

Gənc xanimlar kiməsə bənzəmək və ya arzusunu reallaşdirmaq üçün xüsusi süni gellərə müraciət edirlər. Son zamanlar üz və digər nahiyələrə tətbiq olunan bu gellərə maraq artıb.

Həkim-kosmetoloq Nigar Əhmədova deyir ki, xüsusiilə son vaxtlar gənc qızlar yanaqlarının iri olmasına meyillənib. Həkimlər proseuru icra etməkdən imtina etsələr belə, israrla istədiklərini bildirirlər. Həkimin fikrincə, bütün bunlar cavanların səhv psixologiyada olmasından irəli gəlir. Təbii ki, bu məqamda kiməsə bənzəmək iddiası da əsas rol oynayır.

19 ildir bu sahədə çalışan kosmetoloq deyir ki, son illər gənc xanımlar bu cür proseslərə daha maraqlı olub. Amma bilməlidirlər ki, gənc yaşlarında dərisini bu proseslərə öyrəşdirən qızlar, bir müddət sonra öz problemlərinə yalnız əməliyyat yolu ilə çarə tapacaqlar.

Son vaxtlar, əsasən də üz nahiyəsinə vurulan süni maddələrin yaratdığı fəsadlar görənləri qorxuya salsa da, təlabat azalmaq əzəvizə artmaqdadır.

Gözəllik mərkəzlərində fəaliyyət göstərən, orta ixtisaslı həkimlər tərəfindən reallaşdırılan bu proseslər çox zaman xanımların gözəllik arzusunu elə arzu olaraq da ürəyində qoyur. Belə ki, gel səhvən başqa əzələyə vurularsa, qaşı qaldırmaq əvəzinə, onu daha da aşağı sala, hətta şişərək gözü bağlaya, qolaltına vurulan maddələr qolun fəaliyyətini məhdudlaşdıra bilər. Yanaqlarda 3-lü sinir əzələsi zədələnərsə, həmin nahiyə iflic olma təhlükəsi ilə üz-üzə qalır. Odur ki, cavan yaşlarda bu kimi prosedurlardan uzaq olmaq, müxtəlif xəstəliklərə düçar olmaq riskini azaltmış olur.

Xezerxeber.az "Xəzər Səhər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:


Xəbər lenti