Xəzər Xəbər

Qədim əşyalar bazarı canlanacaq - VİDEO

Veb TV | 14:35 • 18 Yanvar 2018
Qədim əşyalar bazarı canlanacaq -

Nazirlər Kabineti "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar, o cümlədən mebel, musiqi alətləri və başqa bu kimi əşyalar Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər hesab edilir.

Yəni əvvəl 30 ildən çox tarixi olan əşyalar mədəni sərvətlər hesab edilirdisə, indi bu meyar 60 ilə qaldırıldı. Başqa sözlə, artıq mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları mədəni sərvətlərə aid edilmir. Bu isə onların satışı prosedurunun sadələşdirilməsi deməkdir.

Deməli indi artıq turistlər mağazalardan suvenirləri və mədəniyyət məhsullarını heç bir əziyyət çəkmədən aidiyyati qurumlardan sənəd almadan əldə edib apara biləcəklər.

Zövqlər müxtəlifdir. Hər ölkədən gələn turist çalışır ki, Azərbaycana məxsus məhsullar alıb aparsın. Bəzi məhsullara, məsələn, əl işlərinə, milli süvenirlərə və başqa əşyalara ekspertiza komissiyasının rəyi tələb olunmasa da ölkədən aparılan mədəniyyət məhsullarının gömrükdən maneəsiz keçirilməsi üçün müəyyən məqamlara diqqət yetirmək lazımdır.

Satıcılar deyirlər ki, turistlərin qədimi əşyalara marağı olsa da, belə məhsulları çox az hallarda alardılar. Səbəb isə sözsüz ki, həmin əşyaların öz vətənlərinə aparılması prosesinin müəyyən problemlərə yol açmasıydı. Bu dəyişiklik isə alıcıların sayını artıracaq.

Dəyişiklik həm də daxili istehsalı stimullaşdırır. Suvenir istehsalı ilə məşğul olanlar üçün isə yeni imkanlar yaradır. Qaydalar artıq qüvvəyə minib və müvafiq qurumlara tapşırıqlar verilib.

Xezerxeber.az "Xəzər Səhər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti