Xəzər Xəbər

Qonşusunun evindən oğurluq edən tutuldu VİDEO

Veb TV | 20:52 • 22 Dekabr 2017
Qonşusunun evindən oğurluq edən tutuldu

Bakıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs qonşusunun evdə olmadığından istifadə edərək mənzilə girib. Oran külli miqdarda pul götürərək çıxıb.

Qonşusunun evini qarət edən şəxs tutulub.

Hadisə bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda baş verib. Zərərçəkmiş ev sahibi ərazi üzrə 12-ci polis bölməsinə məlumat verib ki, Balaxanı qəsəbəsində fərdi yaşayış evi qarət edilib.

Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2 min 500 dollar oğurladığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Həsən Abdullayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu bildirib. O, qonşusunun evə gəlib-getmə vaxtını dəqiq bildiyi üçün mənzilə rahatlıqla daxil olduğunu deyib..

Həsən Abdullayevin ətrafında araşdırmalarla onun fevral ayında Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinidə cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti