Xəzər Xəbər

Şamaxıda ölümlə nəticələnən avtomobil qəzası baş verib - VİDEO

Veb TV | 20:48 • 20 Oktyabr 2017
Şamaxıda ölümlə nəticələnən avtomobil qəzası baş verib -

Şamaxıda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

Hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 129-cu km-də, Şamaxının Mirikənd kəndində baş verib. İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən qəfil idaretməni itrib və avtomobili 30 metrlik dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti