Xəzər Xəbər

Uşağını bağçadan götürməyə gedən ananı maşın vurdu - VİDEO

Veb TV | 14:06 • 19 Oktyabr 2017
Uşağını bağçadan götürməyə gedən ananı maşın vurdu -

Bakıda dəhşətli yol qəzası baş verib.


Mətbuat prospekti, Həsən bəy Zərdabi küçəsi 68 ünvanında "Mercedes” markalı avtomobil yolu keçən 35-38 yaşlı qadını vurub.


Hadisə baş verən ərazidən 20-30 metr aralı piyada keçidi olmasına baxmayaraq, yolu keçən xanım ağır yaralanıb.


Hadisə şahidlərinin sözlərinə görə, o, uşağını bağçadan götürməyə gedirmiş.


Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis və Təcili tibbi yardım avtomobili cəlb edilib.


Həmin görüntüləri təqdim edirik: (Baku.ws)


Xəbər lenti