Xəzər Xəbər

Milyonları kövrəldən kadrlar: ana ölüm ayağında oğulları ilə vidalaşdı - VİDEO

Veb TV | 14:59 • 16 Oktyabr 2017
Milyonları kövrəldən kadrlar:

Oğlum, səninlə artıq danışa bilməyəcəyəm, görüşə bilməyəcəyəm. Bundan sonra səni görməyəcəksən. Amma qorxma, darıxma - həmişə səninlə olacağam.

Britaniyalı Semmi Foks 5 yaşlı oğlu Bobbi ilə vidalaşıb.


Bağırsaq xərçəngi xəstəsi olan Semmi hospisdə, çarpayaya məhkum vəziyyətdədir.


O, Daun xəstəsi olan 5 yaşlı oğlu Bobbi və 13 yaşlı Kay ilə vidalaşıb.


Balaca Bobbi Daun xəstəsidir.


İngiltərənin Nort-Şilds şəhərində yaşayan S.Foks indi Nyukaslın yaxınlığında yerləşən Eyuikdə olan "Marie Curie Hospice"dədir.


Semmi Foksun rəfiqəsi, 41 yaşlı Layza Uoker palataya Smur adlı ponini də gətirmişdi.


"Həkimlər məndə bağırsaq xərçəngi olduğunu dedilər. Xəstəlik artıq yumurtalıqlarıma da sirayət edib və müalicəsi yoxdur. Cəmi bir neçə gün ömrüm qaldığını söylədilər. Oğullarımla vidalaşmaq istədim", - Semmi Foks söyləyib.


Xəstə ananın övladları ilə vidalaşdığı anların əks olunduğu video Facebook-da və digər sosial şəbəkələrdə paylışılandan sonra 8 milyon insan bu videonu seyr edib.

///Milli.Az


Xəbər lenti