Xəzər Xəbər

DƏHŞƏT: 6 manata görə küçədə bərbəri öldürdü - VİDEO

Veb TV | 15:04 • 16 Oktyabr 2017
DƏHŞƏT:

Moskva şəhərinin Novaya Moskva vilayətində narazı müştəri əslən Özbəkistandan olan miqrant Dastan Adexanovu 200 rubl (5.94 AZM) pulun üstündə öldürüb.

XəzərXəbər baku.ws-yə istinadən xəbər verir ki, Dastan bərbər işləyirmiş. Artıq axtarışda olan şəxs saç düzümünü bəyənmədiyinə görə onu əvvəl bayıra sürüyüb əzişdirib sonra isə əvvəlcədən hazırladığı şişlə onun ürək nahiyəsinə 3 zərbə endirib.

Videoda göründüyü kimi ətrafdakı insanlar da ona kömək etməyib. Ərazidə çalışan digər insanlar hazırda mərhumu evinə, Özbəkistna göndərmək üçün pul yığırlar.

Qeyd edək ki, Özbəkistandan olan miqrant Dastan Adexanovun 24 yaşı var idi. O, ailəsinin tək oğlu olub.

Xəbər lenti

Çox oxunanlar