Xəzər Xəbər

18 yaşlı gənci əvvəlcə döyüb, sonra isə 8 bıçaq zərbəsi vurublar - Bakıda - VİDEO

Veb TV | 19:18 • 16 İyul 2017
18 yaşlı gənci əvvəlcə döyüb, sonra isə 8 bıçaq zərbəsi vurublar -

Bakıda naməlum şəxslər 18 yaşlı gənci əvvəlcə döyüb, sonra isə 8 bıçaq zərbəsi vurublar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb. Həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə hələlik istintaqa adları bilinməyən şəxslər arasında mübahisə yaranıb. Dava zamanı Əhliman Abdullayevə 8 bıçaq zərbəsi endirilib. Xəsarət almış gənc 1 sayli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov rayon polis idarəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar