Xəzər Xəbər

Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı "Nifrət doğuran yer" - ERMƏNİSTAN ORDUSU VİDEO

Veb TV | 20:50 • 13 İyul 2017
Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı

"Epress" adlı erməni saytı öz ordusunun müddətli hərbi qulluqçusunun Azərbaycan əsgərinə yazdığı məktubu dərc edib. Məktubu yazan erməni gənc çağırıldığı hərbi xidməti "Nifrət doğuran yer" adlandırıb. Baş verən hadisələr fonunda Ermənistan hərbçisinin bu məktubu və ümumiyyətlə ermənistan gənclərinin hərbi xidmətdən yayınması bir daha sübut edir ki, Azərbaycan ordusu güclüdür.

"Məni orduya çağırdılar və iki il mən də nifrət oyadan yerdə olacağam". Ermənistan ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu və dostu kimi qələmə verdiyi Azərbaycan əsgərinə ünvanlandığı məktub bu cümlə ilə başlayır.

Fərqə baxın: erməni gəncinin "Nifrət doğuran" yer adlandırdığı hərbi xidməti, Azərbaycan əsgəri müqəddəs yer bilir. Biz hətta gənclərimizi hərbi xidmətə yola salarkən toy bayram edir, onları xeyir dua ilə göndəririk.

Bu, adı gizli saxlanılan erməni gəncin məktubundan da açıq-aşkar hiss olunur. Ona görə də o, dostu olduğunu iddia etdiyi Azərbaycan əsgərinə yazır və xatırladır ki, "Erməni milləti və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam.Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə".

Bizdə isə əsgər anaları: "Vətən borcu, namus borcudur. Vətən üçün şəhid olmaqdan qorxma - deyib oğullarını Azərbaycan ordusuna əmanət edirlər" Erməni gənci məktubunda qeyd edir ki, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacağıq və onun öz dili ilə desək "Boynuna dolanmış heç bir borc" qalmayacaq. Bizim hərbçilərimiz isə bunu vətən borcu adlandırır. Və səngərdə olmaqdan qürur duyur, şərəflə Vətənə xidmət edirlər.


Xəbər lenti