Xəzər Xəbər

Bir qrup deputat Alxanlıya səfər edib VİDEO

Veb TV | 20:15 • 13 İyul 2017
Bir qrup deputat Alxanlıya səfər edib

Bir qrup millət vəkili Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.

Milli Məclisin üzvləri Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları kənddə olub, düşmənin təxribatı nəticəsində həlak olan kənd sakinləri - Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirildikləri əraziyə baxış keçiriblər.Deputatlar kənd sakinləri ilə də görüşüblər.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olublar. 52 yaşlı Sərvinaz Quliyeva isə yaralanıb.

Xəbər lenti