Xəzər Xəbər

Astarada təhlükəli vəziyyət: Pensər kəndi su altında qala bilər - VİDEO

Veb TV | 20:47 • 8 İyun 2017
Astarada təhlükəli vəziyyət:

Astarada Pensər çayının sahilindəki torpaq qatının yuyulması , 45 ailənin işini çətinləşdirib. Bundan əlavə bir neçə yaşayış evlərinə də təhlükə yaranıb. Rayon İcra Hakimiyyəti və Fövqalada Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib.

Pensər çayının sahilində yaşayan insanlar təhlükə ilə üzləşib.Çay kənarı torpaqlar yuyularaq evlərə yaxınlaşır.

Astaranın Şiyəkəran kəndində yağışlar zamanı çayda suyun səviyyəsinin kəsgin qalxması səbəbindən ,torpaq qatı sahilə doğru 20 metirədək yuyularaq sürüşməni aktivləşdirib .Bu səbəbdən bəzi yaşayış evləri üçün də təhlükədə yaranıb.

Bundan başqa çayın sahilində əkilən sitrus bağları və digər əkin sahələri də ziyan görür.İndi sakinləri narahat edən əsas məsələ isə pay torpaqlarına gedə bilməmələridir.İri avtomaşınla həmən ərazilər gedə bilmədiklərindən,təsərüfat işlərində çətinliklər yaranır.

Məsələ ilə bağlı Astara rayon icra hakimiyyətindən Verilən məlumata görə, ərə rayon icra hakimiyyəti və Fövqalada Hallar nazirliyinin əməkdaşları əraziyə baxış keçirib.Yekun rəy Meliorasiya və su təsərrüfatı açıq səhimdar cəmiyyətinə və aidiyyatı qurumlara göndərilib.vəsait ayrılarsa beton bəndlərin tikintisi aparıla bilər.


Xəbər lenti