Xəzər Xəbər

Bakıda gecə klubunda kütləvi dava - 6 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 09:50 • 24 Aprel 2017
Bakıda gecə klubunda kütləvi dava -

Bakıda gecə klubunda baş vermişkütləvi dava zamanı 6 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində yerləşən "Elita" klubunda stolüstü "Mafia" oyunu keçirilib. Bu zaman şəxsiyyətləri hələlik məlum olmayan10 nəfər içəri daxil olaraq oyun iştirakçıları ilə mübahisə edib. Mübahisə zamanı yaranmışəlbəyaxa dava nəticəsində klubun xidmətçisi, şəxsi heyəti ilə yanaşı, bir neçəmüştəri də xəsarət alıb.

Xəsarət alanlar 1957-ci il təvəllüdlü Məmmədov Rasim Gülbala oğlu, 1972-ci il təvəllüdlü Həsənov Akif Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əhmədova Lona Qulam qızı, 1985-ci il təvəllüdlü Ağaməmmədov İlqar Ələkbər oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Orxan Cəlal oğlu və 1989-cu il təvəllüdlü Qəribəli Vəli Zeynulla oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. "Elita" klubu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Qeyd edək ki, sözügedən klubda bir neçə il bundan öncə də silahlı insident qeydə alınıb.

Hadisənin təfərrüatları araşdırılır.


Xəbər lenti