Xəzər Xəbər

Avtobus dayanacaqları ilə bağlı problemə nə vaxt son qoyulacaq? VİDEO

Veb TV | 21:00 • 23 Aprel 2017
Avtobus dayanacaqları ilə bağlı problemə nə vaxt son qoyulacaq?

Votsap nömrəmizə vətəndaşın göndərdiyi video dayanacaqlarla bağlı məsələni yenidən gündəmə gətirməyimizə səbəb oldu. Daha doğrusu yarasız hala salınmış dayanacaqlar məsələsini. Əməkdaşlarımızın 15-20 dəqiqə ərzində küçələri gəzməsi bəs edib ki, hətta eyni küçədə 3-4 şüşələri sındırılmış dayanacaqla qarşılaşaq.

Şüşələri sındırılıb, ətrafında isə yöndəmsiz yazılar elanlar yerləşdirilib. Bu görüntüləri bir vətəndaş "XəzərXəbər”in Votsap nömrəsinə göndərib. Apardığımız kiçik bir araşdırma nəticəsində məlum oldu ki, bu heçdə paytaxtda belə vəziyyətdə olan yeganə dayanacaq deyil.

Hətta qısa müddətdə apardığımız müşahidlər bu cür dayancaqların sayının heç də az olmadığını göstərdi. Hətta eyni küçədə 3-4 yararsız halda olan dayanacaqla qarşılaşaq.

Dayanacağın arxa tərəfi insanların yağışdan və küləkdən daldalanması üçün şüşələnir. Digər tərəfdən bu hal şəhərin görünüşünə də xələl gətirir.

Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər”ə bildirdilər ki, dayanacaqlarla bağlı məsələ hələlik tam olaraq onların ixtiyarına verilməyib. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə Agentlik arasında təhvil təslim prosesi gedir. Proses bitəndən sonra Bakıdakı bütün dayanacaqlar təmir bərpa işləri aparılacaq.


Xəbər lenti