Xəzər Xəbər

Evlilik verilişindəki azərbaycanlı qızla oğlan canlı efirdə bir-birini BİABIR ETDİ - VİDEO

Veb TV | 15:34 • 29 Mart 2017
Evlilik verilişindəki azərbaycanlı qızla oğlan canlı efirdə bir-birini

Zuhal Topalın izdivac verilişində yaratdığı qalmaqalları ilə gündəmə gələn azərbaycanlı Naz Mila adlı iştirakçı yenidən bütün diqqətləri üzərinə çəkib.

O, bir müddət birlikdə olduğu, lakin ayrıldığı sevgilisi Əli Əkbərlə yenidən barışmaq istədiyini bildirib. Ötən gün ağlayaraq Əliyə eşq elan Naz onu bəy kostyumda özünü isə gəlinlikdə görmək istədiyini etiraf edib.

Əli isə Nazın göz yaşlarına inanmadığını söyləyib: "Barışmağımızı ən çox mən istəyirəm, Naz ikinci şans istədi, onu da verdim. Amma olmadı! Evdən çıxanda mənə xəbər vermir. Xəstə olanda da zəng etmədi. İndi gəlib, göz yaşları tökməsi bunları kompensasiya etmir".

Naz isə "Arvadla ər arasında da davalar olur. Sən daim səhvimi üzümə çırpırsan, unutmursan" deyərək yeni talibini görmək istədiyini açıqlayıb.

Təəccübünü gizlətməyən Əli "Naz bax, belə insandır. Dedikləri ilə hərəkətləri üst-üstə düşmür” , - deyə cavab verib./publika.az



Xəbər lenti