Xəzər Xəbər

Unikal robot yaradılıb

Texnologiya | 09:22 • 28 Sentyabr 2022
Unikal robot yaradılıb

Tikintidə istifadə edilən "Ero Concrete" robotu beton konstruksiyaları sökmək üçün yaradılan unikal qurğudur.

Xezerxeber.az xarici saytlara istinadən xəbər verir ki, çox sadə iş prinsipinə malik robotun digər analoqlarından fərqli xüsusiyyəti toz qaldırmadan və minimum səs-küylə işləməsidir.

Bu zaman iş prosesində bütün yığılmış beton təkrar emal edilir, bundan sonra təkrar istifadə üçün tam yararlı olur.