Xəzər Xəbər

"TikTok"a qoyulan məhdudiyyət nə vaxt götürüləcək? - Rəsmi AÇIQLAMA

Texnologiya | 18:18 • 26 Sentyabr 2022
"TikTok"a qoyulan məhdudiyyət nə vaxt götürüləcək? - Rəsmi AÇIQLAMA

“TikTok” sosial şəbəkə platformasına ölkə ərazisində giriş müvəqqəti məhdudlaşdırılmışdır"

XəzərXəbər xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sorğumuza cavab olaraq bildirilib.

Qeyd edilib ki, sosial şəbəkə platformasına girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar ictimaiyyəti məlumatlandıracaq.

"TikTok"a qoyulan məhdudiyyətə baxmayaraq vətəndaşlar VPN-dən istifadə edir. Nazirlik məlumatda qeyd edib ki, VPN tətbiqindən istifadə edilməsi kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yarada bilər:

"VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqindən istifadə etməməyi tövsiyə edir".

Qeyd edək ki, sentyabrın 14-də "TikTok"un ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılmışdır.