Xəzər Xəbər

Yaponiyada maşinistsiz sürət qatarı sınaqdan keçirilib

Texnologiya | 09:13 • 17 Noyabr 2021
Yaponiyada maşinistsiz sürət qatarı sınaqdan keçirilib

Yaponiyanın "JR East" dəmir yolu şirkətinin əməkdaşları Yaponiyada ilk dəfə olaraq özünüidarəetmə sistemli sürət qatarını sınaqdan keçiriblər.

Sınaqlar gecə saatlarında Niiqata prefekturasında aparılıb. Maşinist qatarın baş vaqonunda olub və baş verənlərə nəzarət edib, lakin cihazlar panelinə toxunmayıb. Sınaq zamanı qatar 100 km/s qədər sürətlənib, hər hansı bir gözlənilməz vəziyyət yaranmayıb.

Pilotsuz qatarların inkişafı əhalinin sürətlə qocalması səbəbindən Yaponiyanın gələcəkdə yerli işçilərin, o cümlədən maşinistlərin çatışmazlığı ilə üzləşə biləcəyi ehtimalı ilə əlaqələndirilir.

Xəbər lenti