"Creative
Strategies” araşdırma şirkətinin keçirdiyi sorğu göstərib ki, ən bahalı
"Apple” smartfonlarının sahiblərini "iPhone X”-in imkanlarından yalnız
biri qane etmir.
XəzərXəbər-in məlumatına görə, istifadəçilər bildirib ki, bu smartfonda ən faydasız funksiya "Siri” səsli köməkçisidir. Çünki bu proqram hər zaman öz funksiyalarını yerinə yetirmir.
Araşdırmalar zamanı mütəxəssislər 2 mindən çox "iPhone” istifadəçiləri
arasında sorğu aparıblar. Yubiley smartfonunun ümumi qiymətləndirilməsi
belə olub: istifadəçilərin 97 faizi cihazdan razı, 85 faiz istifadəçi
isə onuncu modeldən olduqca razıdır. Mütəxəssislər qeyd ediblər ki,
razılıq səviyyəsi yüksək olduqca, məhsul daha da yaxşı olur. Rəyi
soruşulanların yalnız 20 faizi bildiriblər ki, onları "Siri”nin
fəaliyyəti qane edir.
"Apple” cihazının ikinci razı salınası funksiyası frontal kameranın
portret rejimidir. Bu funksiya 68 faiz müsbət rəy toplayıb. "iPhone X”
istifadəçiləri hesab edirlər ki, korporasiya səsli köməkçinin üzərində
daha da işləməlidir. Çünki "Siri” istənilən vəziyyətdə hər zaman kömək
edə bilər. Misal üçün, proqram çox vaxt bu gün həftənin hansı günü
olduğunu belə bilmir.