Xəzər Xəbər

Türkiyə mobil telefon idxalına 23,7 milyard dollar xərcləyib

Texnologiya | 17:09 • 12 Fevral 2018
Türkiyə mobil telefon idxalına 23,7 milyard dollar xərcləyib

Türkiyənin son 10 ildə nə qədər mobil telefon idxal etdiyi və bu məqsədlə nə qədər pul xərclədiyi açıqlanıb.

İKT.lent.az-ın xəbərinə görə, Türkiyə Statistika Qurumu (TÜİK) 2007-2017-ci illərdə ölkəyə 142,4 milyon ədəd mobil telefon gətirildiyini və bu cihazlara 23 milyard 708 milyon 146 min dollar ödənildiyini bildirib.

Ən çox idxalat 2007-ci ildə qeydə alınıb. Həmin il 15 milyon 811 min 936 ədəd mobil telefon alınıb. Ən çox ödəniş isə 2015-ci ildə baş verib. Həmin il mobil telefon idxalına 3 milyard 136 milyon 596 min dollar xərclənib. Ötən il – 2017-ci ildə bu rəqəm 2 milyard 832 milyon 552 min dollar təşkil edib.

Qeyd edək ki, Türkiyənin 10 ildə mobil telefon idxalına ödədiyi məbləğ hazırda İstanbulda tikintisi davam edən 3-cü hava limanına çəkiləcək bütün xərclərdən 2 dəfə çoxdur. Hava limanı 10,5 milyard avroya başa gələcək.

Xəbər lenti