Xəzər Xəbər

Smartfonların daha bir ziyanı üzə çıxdı

Texnologiya | 13:41 • 18 Dekabr 2017
Smartfonların daha bir ziyanı üzə çıxdı

ABŞ-da Kaliforniya ştatının səhiyyə departameti mobil telefonların daha bir ziyanlı cəhətini üzə çıxarıb.

Yatan zaman telefonu yanına qoymaq bir çox fəsadalar yol açır. Bu, insanda xərçəng və sonsuzluq riski yaradır.

Departamentin məlumatına görə, istifadə olunmayan zaman aparatlar insan bədənindən bir neçə metr kənarda olmalıdır. Yeniyetmələr üçün bu, daha təhlükəlidir. Belə ki, yuxusuzluq, diqqətin zəifləməsi və emosionallıq yaradır.

Bununla yanaşı, cibdə gəzdirilən smartfon kişilərdə spermanın keyfiyyətinə təsir edir. Mütəxəssislər smartfonun yatarkən onun balışın altına və tumbanın yanına qoymamağı tövsiyə edir.

2015-ci ildə həmin departament məlumat yaymışdı ki, ağlayan uşaqları sakitləşdirmək üçün onlara smartfonun verilməsi əsəb-damar sisteminə mənfi təsir göstərir./AzNews.az

Xəbər lenti