Xəzər Xəbər

Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Texnologiya | 11:53 • 24 Noyabr 2017
Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərin istehsalına başlanılması planlaşdırılır.

Layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir.

Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.

Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobillər yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq. (APA)

Xəbər lenti

Çox oxunanlar