Xəzər Xəbər

Əşyaların interneti üçün milli əməliyyat sistemi yaradılacaq

Texnologiya | 11:53 • 15 Oktyabr 2017
Əşyaların interneti üçün milli əməliyyat sistemi yaradılacaq

Rusiya Federasiyası hökuməti tərəfindən cari ilin iyul ayında təsdiq edilmiş "Rəqəmsal iqtisadiyyat” proqramına əsasən, ölkənin kiberfiziki sistemləri yerli proqram təminatının idarəetməsi ilə işləməlidir. Əşyaların interneti qurğularının işləyəcəyi əməliyyat sisteminin hazırlanması 2021-ci il dekabrın 31-dək başa çatmalıdır.

Sənəd əmanət bankının rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanıb. Proqramın məsul icraçıları Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, həmçinin bir sıra avadanlıq və proqram təminatı istehsalçılarıdır.

2019-cu ilin sonunadək kiberfiziki sistemlərin maşınlararası qarşılıqlı təsir standartlarının hazırlanması planlaşdırılır. Bu kimi sistemlər vasitəsilə müəssisə və şirkətlər təhlükəsizliyi lazımi səviyyədə təmin etməklə yanaşı, öz sistemlərinin avtomatlaşdırmasını da həyata keçirə biləcəklər.

Qeyd edək ki, bu sistemin də əşyaların interneti üçün nəzərdə tutulmuş bir sıra digər ƏS kimi "Linux” əsasında hazırlanacağı ehtimal olunur.

Xəbər lenti