Xəzər Xəbər

Azərbaycanlı alim yeni nəsil vaksin texnologiyası hazırlayıb

Texnologiya | 15:56 • 21 Sentyabr 2017
Azərbaycanlı alim yeni nəsil vaksin texnologiyası hazırlayıb

Türkiyənin Ağdəniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tərlan Məmmədovun apardığı tədqiqatların mühüm nəticələrini əks etdirən məqalə nüfuzlu "PLOS ONE” jurnalında çap olunub.


AMEA-dan xezerxeber.az-a bildiriblər ki, məqalə rekombinant zülal sintezi ilə bağlı texnologiyanı əhatə edir. Bu texnologiya ilə sintez edilən antraksa (qarayara) qarşı vaksin ABŞ-ın aparıcı şirkətləri tərəfindən istehsal olunan preparatlarla müqayisədə daha yüksək stabilliyə malikdir. Məqalədə ilk dəfə malyariyaya qarşı yeni nəsil vaksin namizədlərin bitkilərdə uğurla sintez olunması və istehsal edilən vaksin antigenlərinin yüksək aktivliyə malik olması göstərilir.


Azərbaycanlı alimin bu texnologiyası müxtəlif rekombinant zülalların, o cümlədən vaksinlərin, terapevtik zülalların, təbii additivlərin və sənaye enzimlərinin sintezi üçün çox böyük əhəmiyyət daşıyır və onun böyük iqtisadi səmərə verəcəyi gözlənilir.


Qeyd edək ki, alınan nəticələr beynəlxalq patent şəklində əksini tapıb.

Xəbər lenti