Xəzər Xəbər

İbrahim Tatlısəsdən rekord: 1,5 mln xərclədi, 2 saata alındı

Şou Biznes | 15:33 • 23 Sentyabr 2021
İbrahim Tatlısəsdən rekord: 1,5 mln xərclədi, 2 saata alındı

Səhhətindəki problemlər üzündən 12 ildir konsert verə bilməyən məşhur müğənni İbrahim Tatlısəs nəhayət  səhnələrə qayıdır.
 
Müğənninin uzun illər sonra baş tutacaq bu konsert üçün sərvət xərclədiyi deyilir. Belə ki, İbonun səhnə dekorasiyası üçün 1.5 milyon lirə sərf etdiyi təxmin edilir. 

Məlumata görə, müğənninin fanatları da bu konsert üçün ən az onun qədər həyəcanlanırlar. Bu gün baş tutacaq konsertin biletlərinin satışa çıxdıqdan 2 saat sonra  tükənməsi də bunu sübut edir. 

Xatırladaq ki, "İmperator" ləqəbli müğənni silahlı hücuma məruz qaldıqdan sonra həkimlər onun bir daha konsert verə bilməyəcəyini, hətta mahnı ifa edə bilməyəcəyini bildirmişdilər. Ancaq artıq bir ildən çoxdur ki, efirlərdə olan "İbo Show"da da ifaçı dəfələrlə mahnı oxuyub. /Sfera.az

 

Xəbər lenti

Çox oxunanlar