Xəzər Xəbər

Özcan Dənizin boşanma protokolunda Şok ad

Şou Biznes | 11:13 • 21 İyun 2019
Özcan Dənizin boşanma protokolunda

15 aylıq həyat yoldaşından ayrılmaq qərarı verən Türkiyənin məşhur serial ulduzu və müğənni Özcan Dənizlə Feyza Aktanın boşanması ilə bağlı məhkəmə protokolu üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, protokolda qeyd olunan ad isə hamını təəccübləndirib.

Feyza kimi tanınan Aktanın əsl adının Fatimə olduğu üzə çıxıb.

Qeyd edək ki, cütlüyün boşanma xəbəri barədə "İkinci sayfa” proqramında məlumat verilib. Özcan Dənizin boşanma prosesi ilə bağlı vəkilinə təlimat verdiyi bildirilir.

Cütlüyün Kuzey adlı bir oğlu var. Onların toyu doğuş ərəfəsində baş tutmuşdu.
Həyat yoldaşı 44 yaşlı Özcan Dənizdən 20 yaş kiçikdir.

teleqraf

Xəbər lenti