Xəzər Xəbər

Miranda Kerr 8 milyonluq zinət əşyaları ilə vidalaşdı oğurluq imiş

Şou Biznes | 10:21 • 28 İyun 2017
Miranda Kerr 8 milyonluq zinət əşyaları ilə vidalaşdı

34 yaşlı məşhur model Miranda Kerrin keçmiş sevgilisi, malayziyalı maliyyəçi Lyu Teszo maliyyə fırıldıqçılığında günahlandırılır.

Lyunun 2014-cü ildə Mirandaya hədiyyə etdiyi zərgərlik əşyalarını büdcədən oğurladığı pullarla alıb.

Göründüyü kimi, Lyunun ümidləri də özünü doğrultmadı. Miranda ötən ay Snapchat-ın yaradıcısı, 27 yaşlı milyarder Evan Şpigellə evləndi.

Hazırda Miranda ona hədiyyə edilən 11 karatlıq ürək formalı brilyant üzüyü, 11 karatlıq brilyant sırğaları, 8 karatlıq brilyant kulonu və ümumi dəyəri 100 min dolları ötən digər hədiyyələri işi araşdıran müstəntiqlərə verməli olub.

Qeyd edək ki, maliyyəçi Lyu Teszonun büdcədən 4.5 milyard dollar oğurladığı ehtimal olunur./AzNews.az

Xəbər lenti